Milli Basketbol Assosiasiyasında müntəzəm çempionatın oyunları davam edir. Ötən mövsümün finalçısı “Boston Seltiks” doğma meydanda “Oklahoma Siti Tander”i qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyunun sonuna yaxın fəallaşan “Boston” 126:122 hesabilə qalib gəlib. Beləliklə də “Seltiks” ardıcıl 7-ci oyununda qələbə qazanaraq Şərq konfransının liderliyinə yüksəlib. Buna həm də “Miluoki Baks”ın “Atlanta Houks”a 106:121 hesablı məğlubiyyəti səbəb olub. Yannis Adetokumbonun 27 xal topladığı görüşün ilk hissəsində Viskonsin klubu nəzarəti əldən verib. Fasilədən sonra “Baks” təşəbbbüsü yiyələnməyə çalışsa da, fərqi azalda bilməyib. Beləliklə “Miluoki” bu mövsüm üçüncü dəfə uduzub.
Mövsümə olduqca yaxşı başlayan “Finiks Sanz” isə son görüşlərdə azarkeşlərini məyus edir Bu dəfə “Mayami Hit” qarşısında aciz qalan arizonalılar son 4 oyunda 3-cü dəfə məğlub olublar. İlk hissədə azarkeşlər bərabər səviyyəli oyunun izləyiblər. Gərgin mübarizənin yekununda meydan sahibləri əzmkar qələbəyə seviniblər. “Mayami” – “Finiks” 113:112.